Əsas Səhifə > Səhiyyə > Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb3-04-2020, 10:34 |
|
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus haqqında gündəlik məlumat verən https://covid19.saglik.gov.tr/ saytına istinadla paylaşdığı məlumatlarında bu barədə bildirilib. Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb və son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.(apa) Rubrika.Az Geri qayıt |