Əsas Səhifə > Aktual > Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı
Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı3-04-2020, 18:20 |
|
Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib. Bu barədə Oxu.Az-a Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib. Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları “95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb. Rubrika.Az Geri qayıt |