Əsas Səhifə > Gündəm > Prezident Vüqar Səfərlini vəzifəsindən azad etdi
Prezident Vüqar Səfərlini vəzifəsindən azad etdi4-04-2020, 17:42 |
|
Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib. Qeyd edək ki, V.Səfərli 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsində çalışırdı. Rubrika.Az Geri qayıt |