Əsas Səhifə > Gündəm > ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü
ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü5-04-2020, 19:33 |
|
ABŞ-da koronavirusa yoluxanların sayı 312 min nəfərə çatıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Qeyd edilir ki, ölkədə COVID-19 pandemiyası qurbanlarının sayı 8 503 nəfər təşkil edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş 15 min insan sağalıb. Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb. Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib Rubrika.Az Geri qayıt |