Əsas Səhifə > Təhsil > “Dərs vaxtı”nın 6 aprel cədvəli

“Dərs vaxtı”nın 6 aprel cədvəli


6-04-2020, 06:08
“Dərs vaxtı”nın 6 aprel cədvəli

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 6-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşib.

Rubrika.Az xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı feysbuk səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər

Rubrika.az
Geri qayıt