Əsas Səhifə > Cəmiyyət > Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi

Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi


6-04-2020, 18:00
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi


Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İ.Səttarov Milli Televiziya və Radio Şurasının üzvü təyin olunmuşdu.


Rubrika.Az
Geri qayıt