Əsas Səhifə > Bölgə > Laçında koronaviruslu xəstə aşkarlandı -Sərkisyan

Laçında koronaviruslu xəstə aşkarlandı -Sərkisyan


6-04-2020, 20:04
Laçında koronaviruslu xəstə aşkarlandı -Sərkisyan


Azərbaycanın işğal altındakı ərazilərində də koronavirusa yoluxma qeydə alınıb. Musavat.com bu barədə erməni mənbələrinə istinadən xəbər verir. İşğal altındakı Laçın rayonunda yaradılmış qanunsuz “Kaşatak inzibati ərazi"nin (bura həmçinin Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsini də əhatə edən-red.) "icra başçısı” Stepan Sərkisyan deyib ki, koronaviruslu xəstə Ermənistan vətəndaşıdır. Separatçı bildirib ki, yoluxma faktı aşkarlanandan həmin şəxs nəzarət altına alınıb. Sərkisyan yoluxma şübhəsi ilə əlaqədar Mirik kəndinin də nəzarət altında olduğunu qeyd edib.

Qeyd edək ki, separatçılar Dağlıq Qarabağda koronaviruslu xəstələrin olmadığını desələr də, son günlərdə xüsusi palatalar ayırdıqlarını etiraf edirdilər. İşğal bölgəsi ilə Ermənistan arasındakı əlaqə də kəsilib.


Rubrika.Az
Geri qayıt