Əsas Səhifə > Şou Biznes > “Karantindən sonra toy olacaq”
“Karantindən sonra toy olacaq”7-04-2020, 16:51 |
|
Müğənni Sevda Yahyayeva Azərbaycanda tətbiq olunan karantin rejimindən sonra ailə quracaq. Rubrika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib. Sənətçi sosial şəbəkənin sual-cavab funksiyasından istifadə edərək izləyicilərə maraqlı olan mövzulardan yazıb. Sevda həkim nişanlısı Zakir Bayramovla tezliklə münasibətini rəsmiləşdirəcəyini qeyd edib: “O, məndən 4 yaş böyükdür. Karantin bitdikdən sonra toy olacaq. Çox istedadlı biridir. Karantindən sonra onunla şəkil paylaşacam. İndi ailəmlə qalıram, toydan sonra onun evinə köçəcəm”. Rubrika.az Geri qayıt |