Əsas Səhifə > Hadisə > 14 cinayətin üstü “isti izlər”lə açıldı
14 cinayətin üstü “isti izlər”lə açıldı7-04-2020, 17:36 |
|
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdəlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb. Rubrika.Az Geri qayıt |