Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur
Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur8-04-2020, 10:02 |
|
Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb. Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub. Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Rubrika.az Geri qayıt |