Əsas Səhifə > Gündəm > Sahil Babayev koronovirusla tutuldu: gənc nazir necə ifşa olunur?
Sahil Babayev koronovirusla tutuldu: gənc nazir necə ifşa olunur?8-04-2020, 10:19 |
|
Koronovirus dönəminin məmur qəhrəmanı hələ li, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir. Son proseslərdə o təcrübəsizliyi və bacarıqsızlığı ilə vətəndaşların qəzəb dərəcəsinə görə səhiyyə naziri Oqtay Şirəliyevi də geridə qoydu. Cənab nazirin saxta təbəssümü timsahın məsum gözyaşlarına bənzəyir. O, bu yolla korrupsiyalaşan fəaliyyətini və qanunsuz əməllərini ört basdır etməyə çalışır. Sahil Babayevin bu cür fitri istedadı şeytanı belə qısqandırar. Onun fəaliyyətini təhlil etdiyimiz zaman açıq-aydın görünür ki, gənc nazir ölkənin birinci ailəsinin ətrafında səmimi vizual görüntü yaratmaqla həm ictimaiyyət arasında, həm də dövlət dairələrində özünə toxunulmazlıq qazandırmağa çalışır. Lakin, o bu fürsətçiliklə həm ölkənin birinci ailəsini, həm də ölkə rəhbərliyini nüfuzdan salır. Gənc nazirin tamahı sözün əsl mənasında daş kəsir. O, rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərdən yararlanan əhali qruplarını yağı düşmən gözüylə görür. Müxtəlif bəhanələrlə aztəminatlı vətəndaşlara təyin olunan ünvanlı dövlət sosial yardımlarının dayandırılması və əlilliyin ləğv olunması ictimaiyyətə elə təbliğ olunur ki, güya düşmən üzərində böyük qələbə qazanıblar. Əmək fəaliyyəti ilə məşğul olan əhalinin yarıdan çoxunun 250 manat əmək haqqı və yarıdan çoxunun 200 manat pensiya aldığı indiki vaxtda ölkə əhalisinin əksəriyyəti dövlətdən asılı vəziyyətdə yaşayır. Bu cür aztəminatlı vətəndaşları dövlət qayğısından məhrum etmək onları hakimiyyətdən incik salmağa və kütləvi narazılıq yaratmağa xidmət edir. Buna görə də, hakimiyyət bu cür strateji bir qurumu təcrübəsiz və savadsız bir komandaya tapşırmamalıdır. Hakimiyyətə qarşı təxribat Dövlətin idarə olunmasından anlayışı olan hər kəs yaxşı bilir ki, dövlət sosial siyasətini həyata keçirən qurumlar hər zaman stateji əhəmiyyət daşıyır. Əhalinin dövlətə və hakimiyyətə olan münasibəti bu qurumların fəaliyyətindən və ya fəaliyyətsizliyindən bir başa asılıdır. Buna görə də, həm iqtidar, həm də müxalifət bir-birini sosial politikalarına görə manipuliyasiya edir. Bu baxımdan dövlətin sosial siyasətini həyata keçirən qurumların fəaliyyəti ölkəmizdə də, həm iqtidar, həm də müxalifət üçün önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasi kursun ana xəttini sosialyönümlülük təşkil edir. Dövlət başçısının sərəmcamları və fərmanları ilə təsdiq olunan sosial islahatlar paketlərinin məqsədi əhalinin güzaranını yaxşılaşdırmaq və siyasi baxımdan xalqın rəğbətini qazanmaqdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yarıtmaz fəaliyyəti hakimiyyətin bu sahədə bütün siyasi gedişlərini fiaskoya uğradır. Onun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq sferada hakimiyyətə etimadsızlıq yaradır. O, ətrafına yığdığı qeyri-peşəkar komanda ilə ölkəni nüfuzdan salır. Son prosslər isə bunu bir daha təsdiqlədi. İnternet fiaskosu Rubrika.az cumhuriyyet.net-e istinadla bildirir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verdiyi açıqlamada işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçərək elektron qaydada qeydiyyata düşmək kifayət idi. Bununla bağlı cumhuriyyet.az-a daxil olan çoxsaylı şikayətlərin araşdırılması zamanı məlum olub ki, ƏƏSMN-in açıqlamasında yer alan www.e-sosial.az saytı yaradılmış süni maneə nəticəsində iddia edilən kimi vətəndaşlara xidmət göstərə bilmir. Rubrika.az Geri qayıt |