Əsas Səhifə > İdman > Azərbaycan-Ermənistan qarşılaşması ləğv olundu
Azərbaycan-Ermənistan qarşılaşması ləğv olundu8-04-2020, 16:10 |
|
Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq. B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi. Kiçik dövlətlərin Avropa çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək. Rubrika.Az Geri qayıt |