Əsas Səhifə > Cəmiyyət > Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti karantin bitənədək uzadılıb
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti karantin bitənədək uzadılıb8-04-2020, 19:10 |
|
Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb. Rubrika.Az-ın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər. Rubrika.Az Geri qayıt |