Əsas Səhifə > Səhiyyə > Alimlər: Koronavirus beyini də zədələyir

Alimlər: Koronavirus beyini də zədələyir


9-04-2020, 09:46
Alimlər: Koronavirus beyini də zədələyir

Rusiyalı alimlər koronavirus infeksiyasına yoluxmağın beyini də zədələdiyini bildirib.

“İzvestiya” xəbər verir ki, artıq koronavirusun nekrotik ensefalopatiyaya yol açdığı barədə məlumatlar var.

Başqa sözlə, infeksiya insan beyninin kritik şəkildə zədələnməsinə gətirib çıxarda bilir.

Mütəxəssislər qeyd edir ki, koronavirus ağ ciyərləri zədələmədən də nevroloji çətinliklər yaratmaq imkanına malikdir.

Rubrika.az
Geri qayıt