Əsas Səhifə > Siyasət > Milli Məclisin iclası başladı, hökumətin hesabatına baxılacaq
Milli Məclisin iclası başladı, hökumətin hesabatına baxılacaq9-04-2020, 11:10 |
![]() Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmirlər. Öncə Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq. Daha sonra isə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Bundan əlavə, "Milli Məclis deputatının statusu haqqında", "Milli Məclisin Daxili Nizamnaməsi"nə, "Milli Məclisin komitələri haqqında" "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq. Rubrika.Az Geri qayıt |