Əsas Səhifə > Dünya > Fransada pandemiyanın növbəti dalğası gözlənilir - MAKRON ÜÇÜNCÜ DƏFƏ XALQA MÜRACİƏT EDƏCƏK
Fransada pandemiyanın növbəti dalğası gözlənilir - MAKRON ÜÇÜNCÜ DƏFƏ XALQA MÜRACİƏT EDƏCƏK9-04-2020, 11:44 |
![]() Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Yerli KİV-in yazdığına görə, xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb. Ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir. Bildirilir ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb. Fransanın Atlantik okeanında olan “Charles-de-Gaulle” məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək. COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə dünən “qara cümə axşamına hazırlaşırıq” deyə bu günün çətin olacağını bildirib. AzərTAc bildirir ki, Fransada aprelin 15-dək uzadılan təcridolma rejiminin müddətinin artırılacağı gözlənilir. Aprelin 9-da Prezident Emmanuel Makron televiziya ilə xalqa müraciət edərək COVID-19 epidemiyası və onunla bağlı tətbiq edilən karantin rejiminin müddəti haqqında danışacaq. Bu COVID-19 epidemiyası başlayandan Fransa Prezidentinin xalqa 3-cü müraciəti olacaq. RUBRİKA.AZ Geri qayıt |