Əsas Səhifə > İstisadiyyat > ABŞ neft hasilatını azaltmayacaq -Tramp Rusiya və Səudiyyə Ərəbistanını hədələdi

ABŞ neft hasilatını azaltmayacaq -Tramp Rusiya və Səudiyyə Ərəbistanını hədələdi


9-04-2020, 14:24


Birləşmiş Ştatlar yəqin ki, dünya bazarının digər iştirakçıları ilə birlikdə neft hasilatının azaldılmasına getməyəcək.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, bu açıqlmanı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib. O, jurnalistlərin ABŞ-ın digər ölkələrlə birlikdə hasilatın azaldılmasına razı olub-olmayacağı barədə sualı cavablandırıb: “Mən düşünmürəm ki... Qulaq asın, biz artıq ixtisar etmişik. Biz bazara həddən artıq bağlıyıq. Onlar(ABŞ istehsalçıları) artıq hasilat həcmini avtomatik azaldıblar”.

Trampın fikrincə, Moskva və Ər-Riyadın özləri yaranmış vəziyyətdən razı deyillər və ondan çıxış yollarını da özləri axtaracaqlar: “Sadə deyim, iki ölkə var ki, onlara ciddi zərər dəyir. Rusiyadır – büdcə gəlirlərinin əsas hissəsi neftdən əldə olunur. Bir də Səudiyyə Ərəbistanıdır. Onun də gəlirlərinin əsas mənbəyi neftdir. Onların hansı məqsədlə olrusa-olsun bazarı “sulaması” mənasızdır. Düşünürəm ki, onla bununla məşğul olacaqlar. Son həftə ərzində ciddi irəliləyiş əldə olunub. Görmək maraqlı olacaq ki, cümə axşamı OPEK+ məsləhətləşmələri necə nəticələnəcək”.

ABŞ prezidenti etiraf edirb ki, dünya neft bazarındakı vəziyyətdən onun ölkəsinin istehsalçıları ciddi zərər görüblər: “Uzun illər boyu mən hesab edirdim ki, OPEK hədsiz ədalətsiz bir qurumdur. Mən OPEK-ə nifrət edirdim. Daha bir həqiqət istəyirsiniz, mən OPEK-ə ona görə nifrət edirdim ki, söhbət fırıldaqlardan gedirdi”.

Trampın sözlərinə görə, indi ABŞ görünməmiş böyüklükdə neft sənayesinə malikdir və orada çoxlu sayda insan çalışır: “Və mən istəmirəm ki, yanacaq qiymətlərinin indiki kəskin düşməsi bu iş yerlərinin bağlanmasına səbəb olsun”.

Bəs ABŞ prezidenti OPEK+ görüşündə nəticə əldə olunmasa hansı addımlar atacaq? Tramp belə cavab verib: “Baxarıq. Mənim çoxlu hərəkət variantlarm var. Çoxlu yaxşı variantlar! Bəlkə də onlar mənim daha çox xoşuma gələcəklər”...

ABŞ-a neft idxalına əlavə rüsumların tətbiqi mümkündürmü? Prezident bu suala birmənalı cavab verməyib: “Hadisələri gedişatını izləyin. Ümid edirik ki, onlar (OPEK+ ölkələri) saziş bağlamağa nail olacaqlar”.

Rubrika.Az
Geri qayıt