Əsas Səhifə > Aktual > Keçən il Azərbaycanda 789 sərhəd pozucusu saxlanılıb
Keçən il Azərbaycanda 789 sərhəd pozucusu saxlanılıb9-04-2020, 17:28 |
|
Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2019-cu il ərzində 630 halda 789 nəfər sərhəd pozucusu saxlanılıb. Rubrika.Az-ın Apa-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb. Sənədə əsasən, saxlanılan sərhəd pozucularının 18,3 faizi (144 nəfəri) qadın olub. Sərhəd rejim qaydalarını pozduğu üçün 12,3 min halda 14,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Rubrika.Az Geri qayıt |