Əsas Səhifə > Dünya > ABŞ ilə Taliban razılığa gəldi: 110 döyüşçü azadlığa çıxdı

ABŞ ilə Taliban razılığa gəldi: 110 döyüşçü azadlığa çıxdı


9-04-2020, 18:46
ABŞ ilə Taliban razılığa gəldi: 110 döyüşçü azadlığa çıxdı


Əfqanıstandakı həbsxanalarda saxlanılan 110 Taliban məhkumu azadlığa buraxılıb.

Rubrika.Az xəbər verir ki, Əfqanıstandan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faisal mətbuata verdiyi açıqlamada bunun ABŞ ilə Taliban arasında əldə olunan razılığın nəticəsi olduğunu deyib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar şəxsiyyətlər taraması sistemindən keçərək təkrar döyüşməyəcəkləri barədə öhdəlik götürüblər.

Cavid Faisal eyni zamanda qeyd edib ki, Əfqanıstan hökuməti sülh prosesində irəli getmək üçün Talibanla müzakirəyə açıqdır.

Qeyd edək ki, sərbəst buraxılanlar arasında Taliban tərəfindən azadlığı tələb olunan 15 nəfər yüksək vəzifəli şəxsin olub-olmadığı bilinmir.//Yenisabah.az


Rubrika.Az
Geri qayıt