Əsas Səhifə > İdman > Türkiyə millisinin futbolçusu karantinə alındı
Türkiyə millisinin futbolçusu karantinə alındı9-04-2020, 18:54 |
![]() Türkiyə millisi və Almaniyanın "Union Berlin" klubunun futbolçusu Yunus Mallı karantin altına alınıb. Rubrika.Az-ın məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Urs Fişer açıqlama verib. 54 yaşlı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin hazırda öz evində təcrid olunduğunu bildirsə də, onun koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatının olmadığını söyləyib. Futbolçunun bu səbəbdən, komandanın məşqlərində iştirak edə bilmədiyi qeyd olunub. Rubrika.Az Geri qayıt |