Əsas Səhifə > Cəmiyyət > Koronavirus dünyaya 5,5 trilyon dollara başa gələcək
Koronavirus dünyaya 5,5 trilyon dollara başa gələcək9-04-2020, 19:58 |
![]() Koronavirus pandemiyası üzündən dünya iqtisadiyyatı yaxın 2 ildə 5,5 trilyon dollar itirəcək. Rubrika.Az xəbər verir ki, bu nəticəyə COVID-19-un dünya üçün dəyərini hesablayan JPMorgan Chase analitikləri gəliblər. Bloomberg agentliyi bildirir ki, bu, bütöv bir ölkənin (məsələn, Yaponiya kimi) itirilməsinə bərabərdir. Analitiklərin sözlərinə görə, hazırda dünya 1930-cu illərin sülh dövründən bəri ən ağır resessiyaya girməkdədir. Bu iqtisadi tənəzzül qısamüddətli olsa da, bərpaya uzun müddət tələb olunacaq: dünya üzrə Ümumi Daxili Məhsulun böhrandan əvvəlki səviyyəyə çatmasına 2022-ci ildən tez nail olmaq mümkün olmayacaq.//musavat.com Rubrika.Az Geri qayıt |