Əsas Səhifə > Dünya > Britaniyada koronavirusdan ölənlərin sayı 8 minə çatır
Britaniyada koronavirusdan ölənlərin sayı 8 minə çatır9-04-2020, 20:26 |
|
Böyük Britaniyada daha 881 nəfər koronavirusun qurbanı olub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 7 978-ə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 709 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |