Əsas Səhifə > Səhiyyə > Almaniyada koronavirusdan ölənlərin sayı artdı
Almaniyada koronavirusdan ölənlərin sayı artdı10-04-2020, 10:10 |
![]() Almaniyada son sutkada koronavirusa yoluxanların sayı artıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb. Məlumata görə, son sutkada ölkədə 5 323 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qeydə alınan yoluxmaların ümumi sayı 113 525-ə yüksəlib. Eyni dövr ərzində ölənlərin sayı 266 nəfər artaraq 2 373-ə çatıb. Qeydə alınan yoluxanların təqribən yarısı koronavirusdan sağalıb – 53 913. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 925 nəfəri sağalıb, 95 751 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |