Əsas Səhifə > Cəmiyyət > İşğal altındakı Azərbaycan ərazilərdə daha iki nəfərdə koronavirus aşkarlanıb
İşğal altındakı Azərbaycan ərazilərdə daha iki nəfərdə koronavirus aşkarlanıb10-04-2020, 18:08 |
|
Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub. Rubrika.Az-ın APA-ya məlumatına görə, hazırda onların əlaqədə olduğu şəxslər müəyyənləşdirilir. Daha bir neçə nəfərin isə koronavirus şübhəsi ilə özünütəcrid olunduğu bildirilir. Onların koronavirusa yoluxub-yoluxmadığı aparılacaq test nəticəsində məlum olacaq. Qeyd edək ki, bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı. Rubrika.Az Geri qayıt |