Əsas Səhifə > Dünya > Özbəkistanda koronavirusa yoluxanların sayı 900-ə çatır

Özbəkistanda koronavirusa yoluxanların sayı 900-ə çatır


13-04-2020, 10:00
Özbəkistanda koronavirusa yoluxanların sayı 900-ə çatır

Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda daha 31 nəfərə koronavirus diaqnozu qoyulub.

Rubrika.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 10-na olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 896 nəfər təşkil edir”, - nazirliyin “Telegram” kanalında bildirilib.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 853 000-i ötüb. Bunların 423 728 nəfəri sağalıb, 114 257 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rubrika.Az
Geri qayıt