Əsas Səhifə > Dünya > İsraildə koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB
İsraildə koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB13-04-2020, 14:24 |
|
İsraildə son sutkada daha 357 nəfər koronavirusa yoluxub. “Report” “Newsru.co” saytına istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, son sutkada ölənlərin sayı daha 7 nəfər artaraq 110-a çatıb. Ölkə üzrə yoluxanların ümumi sayı isə 11 235 nəfər olub. Ölənlər 37-98 yaş arasındadır. *** 10:50 İsraildə koronavirusdan daha 4 nəfər ölüb. Məlumatı “newsru.co” yayıb. Ölkədə 78 yaşlı kişi, 80, 81 və 96 yaşlarında qadın virusdan vəfat ediblər. Bununla da İsraildə pandemiyannın qurbanlarının sayı 109-a çatıb. Bundan başqa, ölkədə 11 235 nəfər koronavirusa yoluxub. Onlardan 181 nəfərinin vəziyyəti ağırdır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 879 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.az Geri qayıt |