Əsas Səhifə > İdman > Daha bir ölkənin çempionatı başladı
Daha bir ölkənin çempionatı başladı13-04-2020, 15:43 |
|
Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb. Rubrika.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun bütün qarşılaşmaları bu gün olub. Son çempion "Taybey Tatun” evdə "Taypover"ə 2:3 hesabıyla yenilib. "Hanq Yun” doğma publika önündə "Taycenq Lions”a 4 cavabsız qol vurub. "Taynan Siti” səfərdə "Minq Cuan Universiti”dən üstün olub – 4:2. "Taycunq” – "Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib. Növbəti turun oyunları aprelin 19-da olacaq. Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb. Hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir. Rubrika.Az Geri qayıt |