Əsas Səhifə > Cəmiyyət > Bakıda hoteldə neft şirkətinin layihə rəhbərinin meyiti tapıldı
Bakıda hoteldə neft şirkətinin layihə rəhbərinin meyiti tapıldı13-04-2020, 16:23 |
|
Bakıda yerləşən “JW Marriott Absheron” hotelində 1957-ci il təvəllüdlü Böyük Britaniya vətəndaşı Tyumer Con Levinsonun meyiti tapılıb. Rubrika.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Əcnəbi vətəndaşın üzərində zorakılıq əlamətləri olmayan cəsədi aprelin 13-ü, saat 00:25-də hotel otaqlarından birində aşkarlanıb. İlkin məlumatlara görə, o, ürək çatışmazlığından ölüb Bildirilir ki, T.C.Levinson 2018-ci ilin fevral ayından bəri Bakıda yaşayır və “Turan Drilling and Engineering Company LLC” neft şirkətində layihə rəhbəri olub. Rubrika.Az Geri qayıt |