Əsas Səhifə > Səhiyyə > Rusiyada koronavirusa yoluxanların sayı 21 mini ötdü
Rusiyada koronavirusa yoluxanların sayı 21 mini ötdü14-04-2020, 12:56 |
|
Rusiyada son bir gündə 2 774 nəfərə koronavirus diaqnozu qoyulub, 22 nəfər virusun qurbanı olub. Bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, bununla da yoluxanların sayı 21 102 nəfərə, ölənlərin sayı 170-ə, sağalanların sayı isə 1 694 nəfərə çatıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 489. Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 926 000-i ötüb. Bunların 452 614 nəfəri sağalıb, 119 732 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib/report.az Rubrika.Az Geri qayıt |