Əsas Səhifə > Gündəm > Putin “oğru”lara savaş açıb – Məhkumların qiyamı ilə bağlı yeni təfərrüatlar
Putin “oğru”lara savaş açıb – Məhkumların qiyamı ilə bağlı yeni təfərrüatlar14-04-2020, 15:35 |
|
Rusiya Federasiyası İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən 15 saylı İslah Əmək Koloniyasında (İƏM) baş verən qiyam hələ də bu ölkədə ciddi müzakirə mövzusudur. Rubrika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müzakirələrdə əsas diqqət qiyamın qəddarlıqla yatırılmasına yönəldilir. Rusiya ictimaiyyətinin bir qismi hesab edir ki, məhkumların üsyan etməsi İƏM-dəki qanunsuzluqlarla bağlıdır. Bu baxımdan, qiyam xüsusi qəddarlıqla yatırılmalı deyildi. Əksinə, məhkumların tələbləri dinlənilməli idi. Hiddətə səbəb olan məsələlərdən biri də iki məhkumun qiyam zamanı ölməsidir. İddia olunur ki, həmin məhkumlar güc strukturlarının açdığı atəş nəticəsində dünyasını dəyişib. Hüquq müdafiə təşkilatı olan “Rus sidyaşaya” Fondunun direktoru Olqa Romanova BMT-nin xüsusi məruzəçisinə müraciət edərək təcili baş verənlərin araşdırılmasını xahiş edib. Olqa Romanova müraciətində xüsusi məruzəçidən onu da xahiş edib ki, qiyamın yatırılması zamanı atəş əmrinin kimlər tərəfindən verildiyini aydınlaşdırsın. Bundan başqa, Rusiya vətəndaş cəmiyyəti institunun nümayəndələri hüquq müdafiəçilərinin və İctimai Nəzarət Komissiyasının nümayəndələrinin koloniyaya buraxılmamasına etiraz edib. Onların fikrincə, bu baş verənləri ört-basdır etmək cəhdidir. Ümumiyyətlə, bu məsələ Rusiya həbsxanalarında baş verən qanunsuzluqların, işgəncə faktlarını gündəmə gəlməsinə səbəb olub. Lakin məsələ burasındadır ki, İrkutsk vilayəti Rusiyada kriminal dünyanın ən güclü dayaqlarının olduğu bölgə sayılır. Buradakı “zon”ların əksəriyyətində, hətta uşaq kaloniyasında belə “oğru qanunları” hökm sürür. Kriminal dünyagörüş bütövlükdə Rusiyaya bu cür bölgələrdən yayılır. Son illər isə Rusiyada yeniyetmələr arasında oğru dünyasına simpatiya daha çox artmağa başlayıb. Yeniyetmələrin AUE (Arestantskoe Urkaqanskoe Edinistvo – Məhkumların Oğru Birliyi) devizi altında özlərinə kriminal həyat tərzi hökuməti narahat etməyə bilməzdi. Bu baxımdan hökumət baş verənlərin qarşısını almaq üçün sərt tədbirlər həyata keçirməyə başlayıb. Bu sırada 2019-cu ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinə əlavə ediən 210.1-ci (Kriminal iyerarxiyada yüksək mövqe tutmaq) maddəni xüsusi qeyd etmək lazımdır. Maddə birbaşa “oğru”lara yönəlib. 210.1-ci maddəyə görə “oğru” titulu daşıyanlar cinayət törətmədikləri halda belə, məsuliyyətə cəlb olunacaqlar. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinə bu maddənin əlavə edilməsi Rusiya Prezidenti Vladimir Putinin “oğru”lara savaş açması kimi dəyərləndirlir. 15 saylı İƏM-dəki qiyam da bu savaşın tərkib hissəsi hesab edilir. Lakin qiyamı “oğru” dünyasının güc nümayişi sayanlar da var. Hər bir halda baş verənlər Rusiya hökuməti ilə “oğru dünyası” arasında ciddi qarşıdurmanın yarandığını göstərir. Ehtimal edilir ki, proses bundan sonra da davam edəcək. Bu savaşda hansı tərəfin qalib gələcəyini isə zaman göstərəcək. Rubrika.Az Geri qayıt |