Əsas Səhifə > Dünya > General həbs olundu: Cəsusluqda ittiham edilir - Ukraynada
General həbs olundu: Cəsusluqda ittiham edilir - Ukraynada14-04-2020, 18:16 |
|
Ukrayna Təhlükəsizlik Xidməti (SBU), “Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) üzvü” olduğu iddia edilən generalı həbs edib. Rubrika.Az Yenisabah.az-a istinadən məlumat verir ki, SBU Mətbuat Xidmətinin verdiyi açıqlamada, qurumda “general” rütbəsi ilə işləyən Valeriy Şatantanovun Rusiya kəşfiyyatının FSB üzvü olduğunu göstərmək üçün kifayət qədər dəlil olduğu iddia edilib. Bəyanatda bu dəlilləri dəstəkləyən video və səs yazıları da daxil olmaqla məlumatlar paylaşılıb. Sözügedən generalın Ukraynada qətl hazırlığına hazırlaşdığı deyiləndə, SBU-nun əməliyyat kəşfiyyatı məlumatlarının da Şatanov tərəfindən oğurlandığı qeyd edilib. General Şatantanın Almaniya, Fransa və Xorvatiyada ruslarla dəfələrlə görüşdüyünü vurğulayan açıqlamada, terror fəaliyyətlərini də planlaşdırdığı iddia edilib. Ümumi mövzu ilə əlaqədar istintaqın davam etdirildiyi və Şatanovun “dövlətə xəyanət” və “terrorizm” ittihamları ilə mühakimə ediləcəyi qeyd olunub. Rubrika.Az Geri qayıt |