Əsas Səhifə > Hadisə > Bakıda məktəbdən büst oğurlandı
Bakıda məktəbdən büst oğurlandı14-04-2020, 19:47 |
|
Bakıda məktəbdə oğurluq hadisəsi baş verib. Rubrika.Az-ın xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır. Rubrika.Az Geri qayıt |