Əsas Səhifə > RubrikaTV Video > Bakıda xeyir-şər evində qumar oynayan şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB
Bakıda xeyir-şər evində qumar oynayan şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB14-04-2020, 19:49 |
|
Ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Belə ki, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər axlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb. Həmin şəxslərdən ikisi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Digər 3 nəfər isə 200 manat miqdarında cərimə ediliblər. Rubrika.Az Geri qayıt |