Əsas Səhifə > Təhsil > Azərbaycanda tədris nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda tədris nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA15-04-2020, 08:58 |
|
“Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”. Rubrika.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan “Hədəf” proqramında bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır: “Koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir. Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”. “Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”, - deyə nazir qeyd edib. Rubrika.az Geri qayıt |