Əsas Səhifə > Səhiyyə > Koronavirus təhlükəsi yeni epidemiyalara yol aça bilər – XƏBƏRDARLIQ!

Koronavirus təhlükəsi yeni epidemiyalara yol aça bilər – XƏBƏRDARLIQ!


15-04-2020, 14:25
Koronavirus təhlükəsi yeni epidemiyalara yol aça bilər – XƏBƏRDARLIQ!

Bütün dünyada koronavirusa qarşı aparılan mübarizə yeni epidemiyaların alovlanması təhlükəsinə yol açıb.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, koronavirusa qarşı aparılan mübarizə dünyanın bir sıra ölkələrində peyvənd proqramlarının dayandırılmasına səbəb olub. Mütəxəssislər isə hesab edir ki, peyvənd proqramlarının dayandırılması onlarla ölkədə qızılca və difteriya kimi epidemiyaların yayılamsına yol aça bilər. Buna görə də ÜST ölkələrin zəruri epidemioloji tələblərə cavab verə biləcəyi müddətdə kütləvi peyvənd etməyi davam etdirə biləcəkləri ilə bağlı tövsiyə hazırlayıb. Koronavirusun yayılması ilə bağlı ciddi bir təhlükə olduqda, onu dayandırmaq tövsiyə olunur.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə dünyada təqribən 10 milyon insan qızılca xəstəliyinə tutulub ki, onların 124 mini həyatını itirib. Peyvənd kampaniyasının dayanması fonunda baş verəcək qızılca epidemiyası nəticəsində itkilərin bir neçə dəfə arta biləcyi ehtimal olunur.

Rubrika.Az

Geri qayıt