Əsas Səhifə > Cəmiyyət > Sabahdan güclü külək olacaq - Xəbərdarlıq...
Sabahdan güclü külək olacaq - Xəbərdarlıq...15-04-2020, 15:47 |
![]() Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Xidmətdən verilən məlumata görə, aprelin 16-sı səhərdən 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında aprelin 16-sı axşamdan 17-si səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Rubrika.Az Geri qayıt |