Əsas Səhifə > Dünya > İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb, 21 645 nəfər ölüb
İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb, 21 645 nəfər ölüb15-04-2020, 20:33 |
|
İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub. Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 645-ə çatıb. Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 667 nəfər artaraq 165 155-ə yüksəlib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 028 000-i ötüb. Bunların 494 562 nəfəri sağalıb, 129 186 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |