Əsas Səhifə > Cəmiyyət > Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi
Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi16-04-2020, 10:43 |
![]() Bakıda evdən oğurluq hadisəsi baş verib. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb. Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş. Rubrika.Az Geri qayıt |