Əsas Səhifə > Cəmiyyət > Azərbaycanlı müğənnini maşın vuraraq öldürdü

Azərbaycanlı müğənnini maşın vuraraq öldürdü


16-04-2020, 12:32
Azərbaycanlı müğənnini maşın vuraraq öldürdü

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Rubrika.Az verir ki, Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Opel" markalı minik avtomobili onu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M. Zeynalova "Banu" adıyla müğənnilik edirmiş.(sonxeber.az)

Rubrika.Az
Geri qayıt