Əsas Səhifə > Cəmiyyət > Prezidentin köməkçisi: “Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”
Prezidentin köməkçisi: “Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”16-04-2020, 17:12 |
|
“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”. Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər. “Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib. Rubrika.Az Geri qayıt |