Əsas Səhifə > Bölgə > Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib


16-04-2020, 17:34
Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib


Beyləqanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Rubrika.Az AZƏRTAC-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq küçə və prospektlərdə Post Patrul maşınlarından səsgücləndiricilər vasitəsilə operativ qərargahın tələbləri səsləndirilir. Rayonun giriş-çıxış hissələrində postlar qurulub. Bundan başqa, əhalinin sıx toplaşdığı ərazilər də polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan xidmət zamanı xüsusi karantin rejimi dövründə qaydalara əməl etməyən sakinlər də aşkar edilib. Ümumilikdə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində bu günədək 82 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilməklə cərimələnib. Üç nəfər inzibati qaydada həbs edilib.


Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib

Beyləqanda karantin rejimini pozan 82 nəfər cərimələnib


Rubrika.Az
Geri qayıt