Əsas Səhifə > Siyasət > Hikmət Hacıyevdən uçuşların bərpası ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən uçuşların bərpası ilə bağlı AÇIQLAMA


16-04-2020, 17:52
Hikmət Hacıyevdən uçuşların bərpası ilə bağlı AÇIQLAMA


“Naxçıvan MR ilə Bakı arasında uçuşun bərpa olunması məsələsinə baxıla bilər və çarter reysləri həyata keçirilə bilər”.

Rubrika.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkədaxili uçuşların bərpa olunması da müzakirə olunur:

“Bu uçuşlar Bakı şəhərində və digər yerlərdəki karantin infrastrukturu nəzərə alınmaqla həyata keçirilə bilər. Ölkədə sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla növbəti qərarlar verilə bilər”.


Rubrika.Az
Geri qayıt