Əsas Səhifə > Dünya > Putin Qələbə Paradını təxirə salıb

Putin Qələbə Paradını təxirə salıb


16-04-2020, 19:41
Putin Qələbə Paradını təxirə salıb


İkinci dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı təxirə salınıb.

Rubrika.Az-ın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə bağlı Putin Qələbə paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını söyləyib.

O, "Qələbə paradı"nın və "Ölməz Alay" aksiyasının 2020-ci il ərzində keçiriləcəyini qeyd edib.

Paradın bu il mayın 9-da keçirilməsi nəzərdə tutulurdu.


Rubrika.Az
Geri qayıt