Əsas Səhifə > Cəmiyyət > Bakı sakinlərinə xəbərdarlıq edildi

Bakı sakinlərinə xəbərdarlıq edildi


17-04-2020, 14:42
Bakı sakinlərinə xəbərdarlıq edildi

Aprelin 18-dən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.

“Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Rubrika.Az
Geri qayıt