Əsas Səhifə > Dünya > Tramp karantin tədbirlərini yumuşaldır
Tramp karantin tədbirlərini yumuşaldır17-04-2020, 14:56 |
![]() ABŞ Prezidenti Donald Tramp, ölkəsində koronavirusa görə tətbiq edilən karantin tədbirlərinin 3 mərhələli şəkildə yumuşaldılacağını açıqlayıb. Rubrika.Az yerli KİV-ə istinadən bildirir ki, ilk mərhələdə mövcud tədbirlərin bir çoxu davam edəcək, idman salonları, ibadət yerləri, restoranlar, kinoteatrlar kimi bəzi məkanların ictimai məsafənin qorunması şərti ilə açılmasına icazə veriləcək. Barlar isə bu mərhələdə bağlı qalacaq. İkinci mərhələdə virusa yoluxmada artım müşahidə olunmayan ştatlar zəruri olmayan səyahətlərə icazə verə biləcək və yenə sosial məsafənin qorunması şərti ilə ilk mərhələdəki məkanlar ilə bərabər məktəb və barlar da açıla biləcək. İlk iki mərhələdə hər hansı bir problem yaşamayan ştatlar 3-cü mərhələyə keçə biləcəklər. Bu mərhələdə yenə sosial məsafə qorunmalı olacaq, restoran və barların müştəri qəbulu artırıla biləcək və qocalar evlərinə ziyarətçi qəbuluna icazə veriləcək. Bütün mərhələlərdə, virusa qarşı müdafiəsiz qrupların kimsə ilə təmas etməməsi, işçilərin isə iş yerlərində sosial məsafəni qoruması lazım olduğu vurğulanır. Karantin tədbirlərinin yumuşaldılmasına başlanılması qərarı ştat qubernatorları tərəfindən qəbul edilə bilər. Rubrika.Az Geri qayıt |