Əsas Səhifə > Bölgə > Bakıda polis maşınının üstündə pivə içən şəxs saxlanıldı - FOTOLAR

Bakıda polis maşınının üstündə pivə içən şəxs saxlanıldı - FOTOLAR


17-04-2020, 15:49
Bakıda polis maşınının üstündə pivə içən şəxs saxlanıldı - FOTOLAR

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rubrika.Az Report-a istinadla bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. Həmin şəxs müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təvil verilib.

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.

Bakıda polis maşınının üstündə pivə içən şəxs saxlanıldı - FOTOLAR
Bakıda polis maşınının üstündə pivə içən şəxs saxlanıldı - FOTOLAR

Rubrika.Az
Geri qayıt