Əsas Səhifə > Dünya > Dəniz savaşı: Vəziyyət ciddiləşir – General Amerikanı ittiham etdi
Dəniz savaşı: Vəziyyət ciddiləşir – General Amerikanı ittiham etdi17-04-2020, 16:50 |
|
İranın Müdafiə naziri general Əmir Xatəmi rəsmi Vaşinqtonun Fars Körfəzində İran gəmilərinin ABŞ gəmilərini təqib etməsi ilə bağlı açıqlamalarını rədd edib. Rubrika.Az teleqraf.com-a istiadən xəbər verir ki, nazir Pentaqonun iddialarını “əsassız” adlandırıb və Amerikanın Fars körfəzindəki hərbi fəaliyyətlərinin bölgənin təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. ABŞ aprelin 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüş gəmilərinin Fars körfəzindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə təhlükəli həddə yaxınlaşdığını açıqlayıb. ABŞ İranı təxribata hazırlaşmaqda və törətməkdə ittiham edib Rubrika.Az Geri qayıt |