Əsas Səhifə > Təhsil > Azərbaycanın peşə məktəblərində təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilir

Azərbaycanın peşə məktəblərində təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilir


17-04-2020, 17:00
Azərbaycanın peşə məktəblərində təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi verilir

Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilə bilər.

Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Rubrika.Az
Geri qayıt