Əsas Səhifə > Hadisə > Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb17-04-2020, 17:42 |
|
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayon ərazisində “Azərsu” ASC-yə məxsus 2 ədəd kanalizasiya qapağı, 1 marketdən, 1 qarajdan və 1 ofisdən kondisioner mühərriklərini sökərək oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Qasımov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |