Əsas Səhifə > Hadisə > Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi
Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi17-04-2020, 20:00 |
|
Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Rubrika.Az-ın xəbərinə görə, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib. Rubrika.Az Geri qayıt |